"Giro D`İtalia"da 12-ci mərhələ yekunlaşdı

16 Oktyabr, 15:45 Sosial mediada paylaşın:
“Giro D`İtalia” veloyürüşündə 12-ci tur arxada qalıb.
İştirakçılar bu dəfə 204 km məsafə qət ediblər. Ekvadorlu Conatan Narvaez finiş xəttini rəqiblərindən tez keçib. O, 5 saat 31 dəqiqə 24 saniyə nəticə göstərib. Ukrayna veloispedçisi Mark Padun 2-ci olub. Avstraliyalı Saymn Klarkisə ilk 3-lüyü tamamlayıb.Ümumi sıralamada portuqaliyalı Joao Almeida liderdir. O, 49 saat 21 dəqiqə 46 saniyə nəticə göstərib. Niderlandlı Vilke Kelderman liderdən cəmi 34 saniyə geri qalır. İspaniyalı Pello Bilbao 49 saat 22 dəqiqə 29 saniyə nəticə ilə 3-cüdür.
21 mərhələdən ibarət veloyürüşə oktyabrın 25-də yekun vurulacaq.

CANLI YAYIM