Medvedev gözlənilmədən mübarizəni dayandırıb

16 Oktyabr, 14:45 Sosial mediada paylaşın:
Rusiyada tennisçilərin Sankt-Peterburqturniri davam edir. ATP seriyalı yarışda 1/8 final keçirilir. Mükafat fondu təxminən 1 milyon 244 min dollar olan turnirdə favoritlər özünü doğrultsa da, Daniil Medvedev məğlub olaraq azarkeşlərini təəccübləndirib.
Sankt-Peterburq turnirində 1/8 final yekunlaşıb. Mərhələnin maraqla gözlənilən qarşılaşmalarından birində rusiyalı Daniil Medvedevlə Amerika Birləşmiş Ştatları tennisçisi Reyli Opelka üz-üzə gəlib. Turnirin favoritlərindən sayılan Medvedev görüşün ilk setində qalib gəlib: 6-2. Sonradan üstünlüyə yiyələnən amerikalı raketka ustası hər iki hissədə qələbə qazanaraq 1/4 finala yüksəlib.
Daha bir görüşdə isə Rusiyanın digər təmsilçisi Andrey Rublyovla fransalı Uqo Umber qarşılaşıb. Duel 2 saat 14 dəqiqə çəkib. Umber ilk setdə rəqibini məğlub etsə də, sonradan təşəbbüsü əldən verib və mübarizəni dayandırıb. Beləliklə, Rublyov mərhələ adlayıb.
Turnirə oktyabrın 18-də yekun vurulacaq.

CANLI YAYIM