"Bavariya" Almaniya Kubokunda 1/16 finala yüksəlib

16 Oktyabr, 13:55 Sosial mediada paylaşın:
Almaniya kubokunda 1/32 final mərhələsinin son oyunu Dyurendə keçirilib.
Şəhərin eyni adlı komandası “Bavariya”nı qəbul edib. Aşağı liqa təmsilçisi Münhen futbolçularının güclü təziqi qarşısında 24 dəqiqə davam gətirə bilib. Erik Şupo-Motinq “Bavariya”nı hesabda irəli çıxarıb. Hissənin sonlarına yaxın hesab arasındakı fərq artıb. Tomas Müller penaltini dəqiq yerinə yetirib. Fasilədən sonra da hücumlarını davam etdirən   “Bavariya” 75-ci dəqiqədə rəqibi növbəti dəfə məyus edib.  Dubl edən Erik Şupo-Motinq həm də görüşdə son nöqtəni qoyub.
3-0 hesabı ilə qalib gələn “Bavariya ” turnirdə 1/16 final mərhəlsəinə yüksəlib. 
 

CANLI YAYIM