"Jalgiris" liderliyini davam etdirir

16 Oktyabr, 12:49 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında 4-cü tur başlanıb İlk 3 oyunda qalib gələn “Jalqiris” bu dəfə “Anadolu Efes”i qəbul edib. Kaunasda keçirilən görüşə litvalılar daha yaxşı başlayıblar. Böyük fasiləyə meydan sahibləri 6 xal fərqilə öndə yollanıblar: 41:35. Sonrakı hissələrdə də təşəbbüsü əldən verməyən “Jalqiris” yekunda qalib gəlib: 89-73 4 oyunun hamısında qələbə qazanan Litva klubu liderliyini davam etdirir.
Digər matçda isə “Barselona” “Panatinaikos”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdə böyük fasiləyə ispaniyalılar 1 xal fərqilə öndə yollanıblar.Görüşün əsas vaxtıheç-heçə olub: 75-75. Overtaymda daha dəqiq olan “Barselona” qələbə qazanıb.

CANLI YAYIM