“Sabah”da ciddi itkilər

16 Oktyabr, 10:36 Sosial mediada paylaşın:
Azərbaycan Premyer Liqasının VI turunda "Neftçi" ilə qarşılaşacaq "Sabah" ciddi itkilərlə üzləşib. Milli toplanışından zədəli qayıdan komandanın iki futbolçusu: Bəhlul Mustafazadə və Təmkin Xəlilzadə hələ də məşqlərdə iştirak etmir. Bəhlul Mustafazədənin "Neftçi" ilə oyunu buraxacağı dəqiqdir, Təmkin Xəlilzadənin isə bu matçda meydanda olub-olmaması həkimlərin son qərarından asılı olacaq.
Qeyd edək ki, "Neftçi" - "Sabah" matçı 18 oktyabr, saat 14:00-da start götürəcək. 

CANLI YAYIM