“Neftçi” albaniyalı futbolçu transfer etdi

16 Oktyabr, 10:27 Sosial mediada paylaşın:
"Neftçi” növbəti transferini rəsmiləşdirib. Bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Alban dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb.29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək. 
Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub.Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

CANLI YAYIM