Azərbaycan çempionatı:6-cı tur

16 Oktyabr, 10:16 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 6-cı tur oktyabrın 17-də başlanacaq. Tura “Səbail” - “Keşlə” matçı ilə start veriləcək. Meydan sahibləri 3 xalla autsayderdirlər. 8 xalı olan “Keşlə” isə yalnız lider “Zirə”dən geri qalır. Görüşü Səbuhi Bayramov idarə edəcək. Oyun saat 14-də başlanacaq.
Bu matçdan dərhal sonra “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Çempionata heç də yaxşı başlamayan Ağdam təmsilçisi 4 xalla 7-ci pillədə qərarlaşan “Qəbələ”ni məğlub etməyə çalışacaq. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq. Qarşılaşma saat 16-də start götürəcək.
Oktyabrın 18-də 6-cı tura 2 oyunla yekun vurulacaq. Əvvəlcə “Neftçi” “Sabah”ı qəbul edəcək. Qonşu pillələrdə qərarlaşan komandaların görüşü maraqla gözlənilir. Qarşılaşma saat 14-də başlanacaq.
Turnir cədvəlinin lideri “Zirə” isə Sumqayıtda yerli komandanın qonağı olacaq. “Zirə” 10 xalla ilk pillədədir. 8 xalı olan “Sumqayıt” isə ilk üçlüyü tamamlayır. Turun son görüşünün start fiti saat 16-da səslənəcək.

CANLI YAYIM