Kurtua Messi ilə Ronaldunu müqayisə etdi

15 Oktyabr, 16:12 Sosial mediada paylaşın:
Belçika millisi və "Real"ın qapıçısı Tibo Kurtua Kriştianu Ronaldu ilə Lionel Messini müqayisə edib.
28 yaşlı qapıçı İspaniyanın "Kadena Ser" nəşrinə müsahibəsində bunları söyləyib: "Məncə, hər iki oyunçu Yerə başqa dünyadan gəlib. Ronaldudan danışmalı olsaq, onun atletizm, gücü və sürətini xüsusi fərqləndirə bilərik. Onun möhtəşəm qol duyumu və mövqe seçimi var. Bu sözləri Messiyə də aid etmək olar. Amma Leo daha istedadlıdır. O, bir anda 2 kvadrat metr ərazidə 4 müdafiəçini keçə bilər. Amma mənə elə gəlir ki, onları müqayisə etmək düzgün deyil. Hansının daha yaxşı olduğunu söyləyə bilmərəm. Hərçənd hər ikisinə qarşı oynamağımla fəxr edirəm. Hər ikisi də mənə qol vurub" 
 
 

CANLI YAYIM