MBA-da final seriyası ən aşağı reytinq ilə izlənilib

15 Oktyabr, 13:11 Sosial mediada paylaşın:
MBA-da mövsüm başa çatsa da, çempionatın təşkilati işləri ilə bağlı söz-sözhbətlər səngimir. Hər nə qədər liqa rəhbərliyi müntəzəm çempionatın qalan oyunlarını və pley-offu Orlando şəhərində yüksək səviyyədə keçirsə də,  azarkeşsiz keçirilən oyunlar reytinq toplamadı.
“Dallas Maveriks”in sahibi Mark Kyuban “Los Anceles Leykers”lə “Mayami Hit” arasında final seriyasının televiziya reytinqinin yüksək olmamasına görə MBA rəhbərliyini tənqid edib.  Kyubanın sözlərinə görə, liqanın təşkilatçıların basketbolçuların sağlamlığının qeydinə qalsa da, çempionatın reklamı ilə bağlı nöqsanlara yol verib.  “Dallas”ın sahibinin  fikrincə, əslində   son vaxtlar Amerikada baş verən proseslər heç də MBA-ya olan marağı azaltmamışdı. Sadəcə, pley-off oyunlarının təbliğatı ilə bağlı ciddi nöqsanlara yol verilib. Xatırladaq ki, MBA-nın final seriyasını 5,7 milyon basketbol azarkeşi TV vasitəsi ilə izləyib ki, bu da tarixin ən bərbad göstəricisidir.
Yeri gəlmişkən, MBA-da yeni mövsümün hansı tarixdə başlanğıcı ilə bağlı hələ də konkretlik yoxdur.  Yeni mövsümün başlama tarxinin elanı onun startından 8 həftə öncə olacaq.  Belə ki, son vaxtlar dünyada koronavirusun ikinci dalğasının yaşanması liqa rəhbərliyini ehtiyatlı addım atmağa məcbur edir. Bununla yanaşı adətən hər komandanın 82 oyun keçirdiyi müntəzəm çempionat 177 gün davam edirdisə, bu dəfə çempionat 155 günə tamamlanmalıdır. Çünki çempionat planlaşdırıldığı tarixdə start götürməyəcək. Belədə komandalar sıx qrafiklə oynamalıdır.

CANLI YAYIM