“Giro D`İtalia” da 11-ci tur başa çatdı

15 Oktyabr, 14:00 Sosial mediada paylaşın:
Məşhur “Giro D`İtalia” veloyürüşü davam edir. 21 mərhələdən ibarət çoxgünlük mübarizədə 11-ci tura yekun vurulub.
Yürüşün 11-cİ turunda velosipedçilər 182 km məsafə qət ediblər. Maraqlı idman mübarizəsində keçən yarışda  fransalı idmçançı fərqlənib. Arno Demar  finiş xəttini 1-ci keçib. O, 182 km məsafəni 4 saat 3 dəqiqə 52 saniyəyə qət edib. Bu onun hazırk turnirdə 4-cü belə uğurudur.   Slovakiyalı Peter Saqan 2-ci olub. Ilk 3-lüyü kolumbiyalı Alvaro Xose Xodeq tamamlayıb.
Joau Almeyda 22-ci nəticə göstərsə də bu onun ümumi sıralama liderliyinə təsir etməyib. Portuqaliyalı idmançı 11 mərhələdən sonra 1-ci pillədədir. Ondan 34 saniyə geri qalan Niderland idmançısı Vilko Kilderman 2-cidir. Liderdən 43  saniyə geri olan  ispaniyalı Peye Bilbao 3-cü pillədə qərarlaşıb. Maraqlıdır ki, 11 mərhələnin 4-də finiş xəttini 1-ci keçən Arno Demar ümumi sıralamada ilk 10-luqdan kənardadır.

CANLI YAYIM