Daha səkkiz kəndimiz erməni işğalından azad edilib

14 Oktyabr, 16:02 Sosial mediada paylaşın:
Azərbaycan Ordusu Ermənistan işğalında olan torpaqlarımızın daha bir hissəsini azad edib.
Bu barədə Prezident İlham Əliyev rəsmi “Twitter” kanalında yazıb.
Ölkə başçısı bildirib ki, ordumuz Füzuli rayonunun Qaradağlı Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib.

CANLI YAYIM