“Ciro “D`İtalia” veloyürüşündə 10-cu tur arxada qalıb

14 Oktyabr, 17:25 Sosial mediada paylaşın:
“Ciro “D`İtalia” veloyürüşündə 10-cu tur arxada qalıb.
İştirakçılar bu dəfə 177 km məsafə qət ediblər. Slovakiyalı Peter Saqan finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 1 dəqiqə 56 saniyə nəticə göstərib. Amerika Birləşmiş Ştatları veloispedçisi Brendon Maknolti 2-ci olub. Portuqaliyalı Joao Almeida isə ilk 3-lüyü tamamlayıb. Ümumi sıralamada Almeida liderdir. O, 39 saat 38 dəqiqə 5 saniyə nəticə göstərib. Niderlandlı Vilke Kelderman liderdən cəmi 34 saniyə geri qalır. İspaniyalı Pello Bilbao 39 saat 38 dəqiqə 48 saniyə nəticə ilə 3-cüdür.
21 mərhələdən ibarət veloyürüşə oktyabrın 25-də yekun vurulacaq.

CANLI YAYIM