Sankt-Peterburqda favoritlər özünü doğruldur

14 Oktyabr, 16:25 Sosial mediada paylaşın:
Rusiyada tennisçilərin Sankt-Peterburq turniri davam edir. ATP seriyalı yarışda 1/16 final mərhələsi keçirilir. Mükafat fondu təxminən 1 milyon 244 min dollar olan turnirdə favoritlər özünü doğrultmaqdadır.
Sankt-Peterburq turnirində 1/16 final davam edir. Mərhələnin maraqla gözlənilən qarşılaşmalarından birində Amerika Birləşmiş Ştatları idmançısı Ceffri Con Vulfla kanadalı Miloş Raoniç qarşılaşıb. 1 saat 37 dəqiqə davam edən görüşün ilk setində kanadalı raketka ustası 7:6 hesabı ilə qalib gəlib. Təşəbbüsü əldən verməyən Raoniç 2-ci hissədə də qələbə qazanaraq 1/8 finala yüksəlib.
Daha bir görüşdə isə xorvatiyalı Borna Çoriç və ispaniyalı Felisiano Lopes üz-üzə gəlib. Duel 1 saat 39 dəqiqə çəkib. Çoriç ilk setdə rəqibini məğlub edib: 6-3. Növbəti hissədə də rəqibindən üstün olan xorvatiyalı raketka ustası mərhələ adlayıb.
Turnirə oktyabrın 18-də yekun vurulacaq.

CANLI YAYIM