Koronavirus Avropa basketbolunu cənginə alıb

14 Oktyabr, 15:21 Sosial mediada paylaşın:
Koronavirusun Avropada ikinci dalğasının qeydə alınması idman növləri arasında daha çox basketbola mənfi təsir göstərib. Artq Avroliqada bəzi oyunların keçirilməmə təhlükəsi var.
“Zenit” basketbol klubunun 8 oyunçusu, bir məşqçisi və bir masajçısının koronavirusa yoluxması komandanın işini çətinə salıb. Oyunçuların hamısının yoluxma təhlükəsi ilə üzləşəcəyini nəzərə alan klub rəhbərliyi komandanın bütövlükdə karantinə alınması ilə bağlı göstəriş verib. Bu da o deməkdir ki, “Zenit”in basketbolçuları iki həftə cəmiyyətdən təcrid olunmalıdır. Beləliklə də Sankt-Peterburq klubu Avroliqada qarşıda iki turda meydana çıxa bilməyəcək. Məsələ ondadır ki, Avroliqa rəhbərliyi “Zenit”in oyunlarının təxirə salınması ilə bağlı konkret qərar qəbul etməyib. Bu isə “Zenit”in texniki məğlubiyyətlə üzləşməsinə səbəb ola bilər. Sadəcə, Avroliqa qarşıdakı iki turda bu oyunların keçirilməyəcəyini elan edib. 
Yeri gəlmişkən, “Olimpiakos”un baş məşqçisi Georgios Bartsokas belə çətin vəziyyətdə basketbol oynamağın mümkün olmadığını söyləyib: “Koronavirus oyunların nəticələrinə aşkar təsir göstərir. Biz hələ tam olaraq təhlükəni dərk edə bilmirik. Komandalar 7-8 oyunçu ilə qələbə uğrunda mübarizə apara bilməz. Rəqibin 5 oyunçusu koronavirusa yoluxubsa, mən oyunçularımı necə motivasiya edə bilərəm?”

CANLI YAYIM