Argentina və Braziliya bu dəfə də büdrəmədi

14 Oktyabr, 13:04 Sosial mediada paylaşın:
Cənuni Amerikada isə dünya çempionatının seçmə mərhələsinin oyunları olub. İddialılar – Argentina və Braziliya millisi 2-ci görüşünü də qalib başa vurub. Venesuladakı qarşılaşmadan başqa digər 4 matçın məhsuldar keçməsi diqqətdən yayınmayıb.
Argentina futbolçuları Boliviyada yerli komandanı məyus ediblər. Hərçənd ki, hesabı meydan sahibləri açıblar. Marselo Moreno fərqlənib. Amma fasiləyə kimi Lautaro Martinez tarazlığı bərpa edib. 2-ci hissədə isə Xoakin Korrea komandasına qələbə qazandırıb.
Braziliya futbolçuları da Peruda eyni ssenari ilə qalib gəliblər. Hesabı ilk turda dubl edən Andre Karilyo açıb. Az sonra Neymar penaltidən tarazlığı bərpa edib. 2-ci hissənin  əvvəlində Renato Tapia meydan sahiblərini hesabda önə keçirib. 64-cü dəqiqədə Rişarlison hesabı 2:2 edib. 83-cü dəqiqədə isə Neymar 2-ci dəfə penaltini dəqiq yerinə yetirməklə sambaçıları hesabda önə keçirib.  Görüşdə son nöqtəni də het-trik edən  Neymar qoyub. Beləkliklə Braziliya millisi 4:2 hesablı qələbə qazanıb.
Ekvador təmsilçiləri doğma meydanda eyni hesabla Uruqvay kollektivinə qlaib gəliblər. Hesabı Anxel Mena Delqado açıb. Daha sonra Stiven estrada Martinez 2 dəfə fərqlənib. 75-ci dəqiqədə Qonzalo plata hesabı 4-0 edib. Qalan vaxt ərzində isə meydan sahiblərinin  qapısına 2 dəfə penalti təyin edilib. Hər iki halda Luis Sures fürsəti qaçırmayıb -  Ekvador – Uruqvay 4:2.
Paraqvay millisi isə Venesuelada yerli komandanı minimal hesabla məğlub edib. Görüşdə yeganə qolu Qaston Ximenes vurub. Qeyd edək ki, oyunun son saniyələrində meydan sahiblərinin heyətində Yanxel Errera penaltidən yararlana bilməyib.
Çili – Kolumbiya qarşılaçmasında qalib müəyyənləşməyib. Ilk qolu qonalqarın futbolçusu Cefferson Lerma vurub. Fasiləyə kimi Arturo Vidal və Aleksi Sançes fərqlənərək hesabı Çili millisinin xeyrinə dəyişib. Amma oyunun sonunda Radamel Falkao komandasınl məğlubiyyətdən xilas edib  - 2:2.
 

CANLI YAYIM