İspaniya Ukraynaya məğlub olub, Almaniya İsveçrə ilə bacarmayıb

14 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının Ey divizionunun 4-cü qrupunda Almaniya millisi İsveçrə seçməsini qəbul edib. Oyuna qonaqlar daha yaxşı başlayıblar. İsveçrəlilərdən Mario Qavranoviç hesabı açıb. Çox keçmədən fərq artıb. Remo Freyler hədəfdən yayınmayıb. Fasiləyədək almanlar toplardan birinin əvəzini çıxa biliblər. Timo Verner qonaqları cəzalandırıb. 1:2. İkicni yarıda daha 3 qol vurulub. 55-ci dəqiqədə Kay Haverts tarazlığı bərpa etsə də, 2 dəqiqə sonra Qavranoviç dubl edib. Çox keçmədən Serj Qnabri yenidən hesabı bərabələşdirib. 3-3. Qalan vaxtda hesab dəyişməyib. Almaniya millisi 6 xalla 2-cidir. 2 xalı olan İsveçrə autsayderdir.
Qrupun digər matçında Ukraynalılar ispanları qəbul ediblər. Oyunun taleyini 1 qol həll edib. Meydan sahiblərindən Viktor Tsıqankov komandasına qələbə qazandırıb. Ukrayna millisi 6 xalla 3-cüdür. 7 xalı olan İspaniya seçməsi isə liderliyini davam etdirir.

CANLI YAYIM