Pulevlə Coşuanın görüşəcəyi tarix açıqlanıb

13 Oktyabr, 15:33 Sosial mediada paylaşın:
Ağır çəkili boksçular bolqarıstanlı Kubrat Pulev, böyük britaniyalı Entoni Coşua ilə üz-üzə gələcək. İdmançıların qarşılaşacağı mümkün tarix açıqlanıb.
Əslində idmançıların qarşılaşması iyun ayının 20-də keçirilməli idi. Lakin dünyanı cənginə alan koronavirus pandemiyası idmanın digər növləri kimi boksa da ciddi təsir göstərdi. Kubrat Pulevlə Entoni Coşua arasındaki rəqabətin populyarlığını nəzərə alan mütəxəssislər döyüşü bir qədər sonraya təxirə saldı. İndi isə onların üz-üzə gələcəyi dəqiq tarix açıqlanıb. Görüş dekabrın 12-də, Londonda keçiriləcək. Sözsüz ki, mövcud vəziyyətə görə Pulev - Coşua görüşündə arenada tamaşaçıların buraxılmasına icazə verilməyib. Lakin bundan əvvəl Coşuanın promouteri Eddi Hirn qarşılaşmanın Orta Şərqdə - daha dəqiq desək, Makauda və azarkeşlə təşkilini tövsiyyə etmişdi. Təşkilatçılardan savayı idmançıların da fasilədən lazımınca istifadə edib. Mütəmadi məşqləri davam etdirən dəri əlcək ustaları qarşılaşmaya hələ 1 aydan çox vaxtın qalmasına baxmayaraq şəxsi sosial şəbəkə hesablarında döyüşlə bağlı paylaşım ediblər. “Bundan sonra geriyə yol yoxdur! Döyüş təxirə salınmayacaq! Daha güclü olan qalib gələcək!” Bu sözləri Kubrat Pulev feysbuk hesabında paylaşıb. Ona cavab olaraq Coşua - “12 dekabrda Londonda görüşmək ümidi ilə...” sözlərini yazıb.
 Qeyd edək ki, Entoni Coşua 2012 London Yay Olimpiya Oyunlarının qalibidir. O, respublikamızın boks həvəskarları üçün də yad sima deyil. Belə ki, o, 2011-ci ildə Bakıda təşkil olunan dünya çempionatında gümüş mükafat qazanıb.  Coşua finalda azərbaycanlı Məhəmmədrəsul Məcidova məğlub olmuşdu. Karyerasında 24 qarşılaşma keçirən idmançı yalnız 1 dəfə məğlub olub. Kubrat Pulev isə Avropa çempionudur. O, peşəkar karyerasında 29 görüşün 28-də qələbə qazanıb.

CANLI YAYIM