Elbon "Red Bull"da, Kvyat "Alfa Tauri"də yerini itirə bilər

13 Oktyabr, 13:21 Sosial mediada paylaşın:
Formula 1-də mövsüm sona yaxınlaşdıqca komandalar növbəti il üçün planlar cızmağa başlayır. Artıq bəzi komandaların bununla bağlı planları var. Onlar hələ kimlərə güvənəcəklərini ictimaiyyətə açıqlamasa da, məsələni artıq konktetləşdirdiklərini etiraf edirlər. “Red Bull” da məhz belə komandalardandır.
“Red Bull”un məsləhətçisi Helmut Marko növbəti mövsüm üçün əsas və ikinci komanda - “Alfa Tauri”də hansı pilotların yarışacağını müəyyənləşdirdiklərini söyləyib. Mətbuata açıqlama verən avstriyalı funksioner artıq 3 sürücünün adlarının onlara məlum olduğunu, 4-cünü isə noyabrın 15-i keçiriləcək Türkiyə Qran-prisinə qədər açıqlayacaqlarını bildirib. Amma o, mətbuata ad çəkməyib. Avropa mətbuatının ehtimallarına görə, Maks Ferstappen “Red Bull”da qalacaq. Aleksandr Elbonun taleyi isə sual altındadır.Belə ki, böyük britaniyalı yenidən “Alfa Tauri”də çıxış edə bilər. Onun əvəzinə isə Niko Hyulkenberq və Serxio Peresin “Red Bull”a dəvət olunacağı ehtimal edilir. Rusiyalı Daniil Kvyatın da “Alfa Tauri”qalıb-qalmayacağı məlum deyil. Hətta bəzi mənbələr hazırda Formula 2-də yarışan yaponiyalı pilot Yuki Tsunodanın bu komandaya gətiriləcəyini yazır. Yeri gəlmişkən, Marko son vaxtlar Formula 2-də inamlı çıxışı ilə yadda qalan Mixael Şumaxerin oğlu Mik Şumaxerin də gələcək taleyi haqda danışıb. Helmut almaniyalı pilotun “Alfa Romeo”ya keçmək üzrə olduğunu söyləyib.

CANLI YAYIM