Azərbaycan Güləş Federasiyası Silahlı Qüvvələrin Yardım Fonduna ianə edib

12 Oktyabr, 12:27 Sosial mediada paylaşın:
Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək uğrunda döyüşləri davam etdirir.
Hal-hazırda bütün ölkə ictimaiyyətinin diqqəti cəbhəyə yönəlib. Müxtəlif qurumlar, təşkilatlar və fərdi şəxslər bu və ya digər qaydada hərbçilərimizdən maddi-mənəvi dəstəyini əsirgəmir.
Azərbaycan Güləş Federasiyası (AGF) və bütün güləş ailəsi də cəbhədə döyüşlərin başladığı ilk gündən həssaslıq nümayiş etdirərək, Azərbaycan əsgərinə mənəvi dəstəyini göstərib. Bununla yanaşı, AGF rəhbərliyi, federasiyanın əməkdaşları, yığma komandaların güləşçiləri, məşqçilər heyəti, həkimləri və masajçıları əmək haqqlarının müəyyən bir qismini ordumuzun maddi-texniki təminatı üçün ayırıb və toplanan vəsait Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülüb.

CANLI YAYIM