Lüis Hemilton Mixael Şumaxerin rekordunu təkrarlayıb

12 Oktyabr, 15:16 Sosial mediada paylaşın:
Rusiya Qran-prisində finiş xətini 1-ci keçən Valtteri Bottas Almaniyadakı yarışın təsnifat mərhələsində “poul” əldə etmişdi. Amma o, texniki problemlər səbəbindən mübarizəni sona kimi davam etdirə bilməyib. Əvəzində onun komanda yoldaşı Luis Həmilton finiş xəttini 1-ci keçib. Mövsümdə 7-ci qələbəsini qazanan böyük britaniyalı pilot ümumilkdə 91-ci  dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, Mixael Şumaxerin rekordunu təkrarlayıb. Qeyd edək ki, Almaniyadakı yarışda 2-ci yeri “Red Bull”un niderlandlı üzvü Maks Ferstappen, 3-cü pilləni isə “Reno” komandasının avstraliyalı pilotu Daniel Rikkardo tutub.
11 qran-pridən sonra ümumi sıralamaya 230 xalla Luis Hemilton başçılıq edir. Vallteri Bottas 161 xalla 2-cidir. Maks Ferstappen 147 xalla ilk 3-lüyü tamamlayır. Daniel Rikkardo 78 xalla 4-cüdür.

CANLI YAYIM