"Honda"dan sonra "Red Bull" da Formula 1-dən gedə bilər

8 Oktyabr, 17:30 Sosial mediada paylaşın:
“Honda”nın 2021-ci ilin sonunda Formula 1-dən gedəcəyi qüvvələr nisbətini dəyişə bilər. Hər halda, bu “Red Bull”un planlarına mənfi təsir göstərəcək. “Honda” mühərrikləri ilə təchiz olunan Avstriya komandası istədiyi mühərriki tapa bilməsə iddiasını itirəcək. Amma belə məqamda Formula 1 nəinki “Red Bull”un gücünü, hətta özünü də itirə bilər.
“Honda”nın Formula 1-dən gedişindən sonra c”Red Bull”da “Kral avtoyarışları”nda çıxışını dayandıra bilər. Bunu Almaniya mətbuatına müsahibə verən Avstriya komandasının məsləhətçisi Helmut Marko da təsdiqləyib. Onun sözlərinə görə, “Red Bull” hazırda axtarışda olsa da, heç bir nəticə əldə edə bilməyəcəyi halda radikal qərar qəbul edəcək: “Bəli, 2022-ci ildən biz istənilən halda yeni mühərrikdən istifadə edəcəyik. Amma biz başqa şirkətin mühərrikindən yararlanmaq istəmirik. Məsələn, “Reno” motorlarına keçsək, onların özəlliklərinə uyğunlaşmalıyıq. Fransızlar öz şassilərinə uyğun mühərrik hazırlayır. Formula 1-dən mümkün gedişimizə gəlincə, rəqabətədavamlı ola bilməsək, bu variant istisna olunmur”.
Qeyd edək ki, bir neçə gün öncə, “Honda” 2021-ci ildə mövsüm başa çatdıqdan sonra daha Formula 1 komandaları üçün mühərrik istehsal etməyəcəklərinio açıqlayıb. Bu da Yaponiya konserninin tamamilə Formula 1-dən gedişi deməkdir. Xatırladaq ki, “Honda” 1964-68 və 2006-2008-ci illərdə Formula 1-də komanda kimi təmsil olunsa da, son dövrlər mühərrik istehsalçısı kimi yarışlara təsir göstərə bilirdi. “Red Bull”dan öncə Yaponiya konserni “Maklaren” üçün mühərrik istehsal edirdi.

CANLI YAYIM