"Honda" Formula 1-dən gedəcək

3 Oktyabr, 12:05 Sosial mediada paylaşın:
Hər nə qədər Formula 1-də komandalar əsas söz sahibi olsa da, onların güc mənbəyi mühərrikləridir. Elə güclü mühərrikə sahib olan komandalar da sonda istədiyi nəticəni qazana bilir. Hansısa mühərrik istehsal edən konsernin yarışdan çəkilməsi isə qüvvələr nisbətini dəyişir. Artıq yaxın gələcəkdə belə bir səhnənin şahidi olacağıq.2022-ci ildən “Honda” Formula 1-də komandalar üçün mühərrik istehsal etməyəcək. Bu barədə Yaponiya avtomobil konserni rəsmi məlumat yayıb. 2015-ci ildən Formula 1-də iştirakını bərpa edən “Honda” öncə “Maklaren”i mühərriklə təmin edirdi. Amma Yaponiya konserninin mühərrikləri “Maklaren”in tələblərlərinə cavab vermirdi. Tərəflər arasında əməkdaşlıq yekunlaşınca, “Honda” “Red Bull” və “Alfa Tauri”ni mühərriklə təmin etməyə başladı. Nəticədə iki il ərzinə bu komandalar 5 dəfə müxtəlif Qran-prilərin qalibi oldu.
Avropa mətbuatının yazdığına görə, 2022-ci ildən Fransanın “Porşe” konserni “Red Bull”u mühərriklə təmin edə bilər. Sonuncu dəfə bu şirkət 1991-ci ildə Formula 1-də fəaliyyət göstərmişdi. Yeri gəlmişkən, bəzi mənbələr “Honda”nın gedişindən sonra Maks Ferstappenin də “Red Bull”u tərk edəcəyini yazır. Belə ki, niderlandlı pilotun müqaviləsində mühərrikin dəyişəcəyi halda komandanı tərk edə biləcəyi ilə bağlı bənd var.

CANLI YAYIM