Şəhriyar Məmmədyarov FİDE reytinqində 4 pillə irəliləyib

30 Sentyabr, 16:50 Sosial mediada paylaşın:
Beynəlxalq Şahmat Federasiyası yeni reytinq siyahısını açıqlayıb.
İlk "10-luq"da Azərbaycanın 2 təmsilçisi qərarlaşıb. Şəhriyar Məmmədyarov 4 pillə irəliləyərək 7-ci sıraya yüksəlib. Dünya Kubokunun sahibi Teymur Rəcəbov isə 1 pillə geriləyib. O, 10-cu yerdədir. Qədir Hüseynov 73-cü, Nicat Abbasov 75-cidir. Rauf Məmmədov isə 91 - 93-cü yerləri bölüşdürür. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ idmançısı Fabiano Karuana 2-ci, çin qrossmesyteri Dinq Liren 3-cüdür. Qadın zəka ustalarımızdan Günay Məmmədzadə 28-ci pilləyə yüksəlib. Gülnar Məmmədova 73-cü sıradadır. Xanım Balacayeva isə 82-ci yerdə qərarlaşıb.

CANLI YAYIM