Boks millimizin baş məşqçisi istefa verdi

10 İyul, 14:11 Sosial mediada paylaşın:
Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib.
Bu barədə mütəxəssis özü şəxsi "Facebook" səhifəsində yazıb. O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.
Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan millisi "Minsk 2019" II Avropa Oyunlarını 2 medalla başa vurub. Alfonso Dominges (81 kq) qızıl, Lorenso Sotomayor (69 kq) bürünc medala sahib olub.

CANLI YAYIM