"Tampa Bey" seriyada önə keçib

24 Sentyabr, 14:30 Sosial mediada paylaşın:
Milli Xokkey Liqasında final seriyasının 3-cü oyunu keçirilib.
“Dallas Starz” və “Tampa Bey Laytninq” komandalarının ilk 2 görüşündən sonra ümumi hesab 1:1 idi. Bu dəfəki qarşılaşma məhsuldarlığı ilə yadda qalıb. Oyunun əvvəlindən təşəbbüsə yiyələnən "Tampa Bey Laytninq" ilk hissədə önə keçib. Nikita Kuçerov və  Stiven Stemkos fərqlənib. Dallas xokkeyçiləri də fasiləyə kimi 1 qol vura biliblər. Ceyson Dikinsonun zərbəsi dəqiq alınıb. 2-ci bölümdə isə Tampa klubu 3 cavabsız qol vuraraq böyük üstünlük qazanıb. Viktor Hedman, Breyden Point və Ondrjey Palat diqqət mərkəzinə düşüb. Həlledici - 3-cü hissədə isə “Dallas Starz”ın üzvü Miro Heyskanen yekun nəticəni müəyyənləşdirib - 2:5.
“Tampa Bey Laytninq” qələbə qazanaraq final seriyasında 2:1 hesabilə irəli keçib. 4-cü oyun sentyabrın 26-da olacaq. 

CANLI YAYIM