"Mayami" finalın bir addımlığında...

24 Sentyabr, 13:30 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında yarımfinal seriyası keçirilir.
“Mayami Hit” və “Boston Seltiks” komandaları arasında 4-cü görüş keçirilib. Florida klubu bütün hissələrdə üstün təsir bağışlayıb. Mayami basketbolçuları 4 periodun yekununda 3 xal fərqilə qalib gəlib 112:109. Onlar seriyada hesabı 3:1 çatdıraraq finala daha da yaxınlaşıblar. Mayami klubunun heyətində Tayler Hirro qələbədə xüsusi rol oynayıb. O, 37 xal, 6 ribaund, 3 məhsuldar ötürməylə fərqlənib. Bu klubların 5-ci qarşılaşması sentyabrın 26-sı olacaq. Qeyd edək ki, yarımfinalın digər seriyasında “Los Anceles Leykers” – “Denver Naggets”  oyunları keçirilir. 3 görüşdən sonra Los Anceles klubu 2:1 hesabilə öndədir.

CANLI YAYIM