"Paxtakor" növbəti mərhələyə yüksəlib

24 Sentyabr, 12:30 Sosial mediada paylaşın:
Asiya Çempionlar Liqasında qrup mərhələsi başa çatmaq üzrədir. B qrupunda sonuncu tur maraqlı hadisəylə yadda qalıb. 1/8 finala vəsiqəni təmin edən “Əl-Hilal” koronavirusa yoluxan futbolçuların çoxluğuna görə yarışda çıxarılıb. Eyni qrupda çıxış  “Paxtakor” qalib gələrək növbəti mərhələyə adlayıb. Bundan başqa A qrupunda yarışan “Əl-Əhli”də pley-ofa çıxış etmək hüuquq qazanıb.
Asiya Çempionlar Liqasının qrup mərhələsində mübarizə tədricən sona yaxınlaşır. A qrupunda növbəti mərhələyə vəsiqəni təmin edən, Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası İranın İstiqlal klubunun qonağı olub. Görüşə meydan sahibləri daha yaxşı başlayıblar. Onlar 29-cu dəqiqədə hesabı açmağa nail olublar. Mehdi Qaedi rəqib qapısına yol tapıb. Az sonra fərq artıb. İlk qolu vuran Qaedinin ötürməsindən sonra Əli Kərimi fərqlənib. 2-ci yarıda İran klubu daha bir qol vuraraq inamlı qələbəni təmin edib. Şeyk Diabate mübarizəyə nöqtə qoyub. İstiqlal - Əl Əhli 3:0. "Əl-Vahda" koronavirusa yoluxan futbolçulara görə yarışdan çıxarıldığına görə A qrupunda yalnız 3 komanda arasında mübarizə gedib. “Əl-Əhli” 4 oyundan 6 xal toplayaraq növbəti mərhələyə çıxıb. “İstiqlal” 5 xalla 2-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb. Eyni miqdarda xal toplasa da, əlavə göstəricilərə görə geri qalan “Əl-Şorta” isə qrup yarışını 3-cü pillədə başa vurub.
B qrupunda Özbəkistanın “Paxtakor” klubu İran səfərində "Şəhr Xodrou" komandası ilə görüşüb. Oyunun taleyini 1 qol həll edib. 65-ci dəqiqədə Jamoliddin Maşaripov Paxtakora qələbə qazandırıb. B qrupunda çıxış edən Özbəkistan klubu xallarının sayını 11-ə çatdıraraq növbəti mərhələyə çıxıb. "Əl-Hilal" lider olsa da, pley-ofda mübarizə aparmayacaq. Çünki komandanın heyətində koronavirusa yoluxan futbolçuların sayı ümumən 17-ə çatıb. Böyük itkilərlə üzləşən komandanın yarışdan çıxarılması   məqsədəuyğun bilinib. B qrupunda “Şabab Əl-Əhli” 7 xalla 3-cü olub. “Şahr Xodrou” isə 1 xalla sonuncu yeri tutub.
 

CANLI YAYIM