"River Pleyt" böyükhesablı qələbə qazanıb

23 Sentyabr, 12:29 Sosial mediada paylaşın:
Cənubi Amerikanın ən nüfuzlu klub turniri Libertadoresdə qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir. Hazırki çempion “Flamenqo” azarkeşlərini sevindirib. Turnirin iddialılarından “River Pleyt” isə günün ən böyükhesablı qələbəsini qazanıb.
A qrupunda çıxış edən Braziliyanın “Flamenqo” klubu Ekvadorda yerli “Barselona”nın qonağı olub. Hazırki çempion görüşün taleyini ilk hissədə vurduğu 2 qolla həll edib. Hesabı Pedro açıb. 26-cı dəqiqədə De Araskaeta meydan sahiblərini 2-ci dəfə məyus edib. “Barselona” futbolçularının güü yalnız hesab arasındakı fərqi minumuma endirməyə çatıb. Emmanuel Martinez hədəfdən yayınmayıb. 2:1 hesablı qələbə qazanan “Flamenqo” 4 turdan sonra 9 xal toplayıb və Ekvadorun “İndependiente del Valye” klubu ilə birlikdə qrupa başçılıq edir.
D qrupunda çıxış edən “River Pleyt” Peruda yerli “Deportivo Binasyonal” klubunu böyükhesabla məğlub edib. Argentina təsmilçiləri 6 cavabsız qol vurublar. Fasiləyə kimi Nikolas dela Kruz, Matias Suares və Xulian Alveres fərqləniblər. 2-ci hissədə isə Lukas Pratto dubl edib. Digər qol İqnasio Fernandesin aktivindədir. 4 tura 7 xal toplayan “River Pleyt” 7 xalla D qrupunda 2-ci yerdədir. Komanda Ekvador təmsilçisi “LDU Kito”dan 2 xal geri qalır.

CANLI YAYIM