Hamburq turnirinin ilk mərhələsində gözlənilməz nəticə

23 Sentyabr, 12:29 Sosial mediada paylaşın:
Almaniyanın Hamburq şəhərində ATP seriyalı tennis turniri başlanıb. Mükafat fondu 1 milyon 62 min dollar avro olan yarışın ilk mərhələsində gözlənilməz nəticə qeydə alınıb. Dünya reytinqində 9-cu pillədə qərarlaşan Qael Monfis mübarizəni elə birinci görüşdə başa vurub. Fransalı raketka ustası reytinq cədvəlində özündən nə az, nə çox 94 pillə geridə olan tennisçiyə məğlub olub. Hamburq turnirinin ilk mərhələsində fransalı Qael Monfis almaniyalı Yannik  Hanfmanla qarşılaşıb. Dünya reytinqində 9-cu pillədə olan Monfis 103-cü yerdəki rəqibi ilə görüşün aşkar favoriti sayılırdı. Lakin almaniyalı raketka ustası inamlı oyun nümayiş etdirərək qələbə qazanıb. Yannik  Hanfman ilk setdə 6-3 hesabı ilə üstün olub. Qael Monfis ikinci hissədə də rəqibinə müqavimət gösrətə bilməyib.  Hanfman bu dəfə 6-3 hesabı ilə qalib gəlib.  Çilili Kristian Qarin yaponiyalı Key Nişikorini mübarizədən kənarlaşdırıb.  İlk setdə rəqibinin bir qeymdə belə fərqlənməsinə imkan verməyən Qarin növbəti hissəni də xeyrinə başa vurub:6-3. İtaliyalı Fabio Fonini də ikinci mərhələyə adlayıb. O, almaniyalı Filip Kolşrayberi məğlub edib.  Fabio ilk setdə 4-6 hesabı ilə uduzsa da,  sonrakı hissələrdə dönüş yarada bilib. 6-1 və 7-5 hesablı qələbə qazanan Fonini ikinci mərhələyə çıxıb. İspaniyalı Roberto Bautista Aqut və gürcüstanlı Nikoloz Basilaşvilinin görüşü də iki set davam edib. İspaniyalı raketka ustası hər iki setdə üstün olub:6-4 və 6-3. 

CANLI YAYIM