Estoniyada oynayan futbolçumuz klubunu dəyişə bilər

23 Sentyabr, 12:19 Sosial mediada paylaşın:
Estoniyanın “Narva Trans” klubunda çıxış edən həmyerlimiz Nurlan Novruzov başqa kluba keçə bilər. Hazırda onunla ölkənin digər klubu “Nomme Kalyu” maraqlanır. Əgər danışıqlar müsbət yekunlaşsa, hücumçu artıq qış fasiləsində komandasını dəyişə bilər.
Qeyd edək ki, vaxtilə ölkəmizdə “Bakı”, “Sumqayıt”, “Zirə” və “Səbail”də oynayan Novruzov bu ildən “Narva Trans”ın şərəfini qoruyur.

CANLI YAYIM