“Qarabağ” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

23 Sentyabr, 12:11 Sosial mediada paylaşın:
“Qarabağ”ın zədəli futbolçuları ilə bağlı yeni xəbərlər var. Belə ki, əsas heyətin iki aparıcı üzvü Abdulla Zubirlə Xayme Romeronun müalicəsi davam edir. Zubir artıq komanda ilə birgə məşqlərə başlayıb. Böyük ehtimalla o, çempionatın 4-cü turunda səfərdə “Sumqayıt”la oyunda meydana çıxa biləcək. Ancaq Xayme ilə bağlı vəziyyət bir qədər fərqlidir. İspaniyalı oyunçu hələ ki, fərdi olaraq məşq edir. Çox güman ki, futbolçu “Sumqayıt”la matçı da buraxmalı olacaq.
Qeyd edək ki, zədə səbəbindən Xayme Romero “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki “Molde” ilə oyunda da iştirak edə bilməmişdi.

CANLI YAYIM