“Çelsi” heyətini gücləndirdi

23 Sentyabr, 10:29 Sosial mediada paylaşın:
Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendi  “Çelsi”yə keçib. Bunu London klubunun baş məşqçisi Frenk Lempard mətbuat konfransında deyib. Onun sözlərinə görə, 28 yaşlı qolkiperin keçidi həll olunub. Seneqal millisinin üzvü yaxın günlərdə tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacq. Britaniya mətbuatı bu transferə görə “Çelsi”nin “Renn”ə 30 milyon avro ödəyəcəyini yazıb. Bu isə Fransa klublarının satdığı ən bahalı qapıçı kimi rekorddur.
Qeyd edək ki, “Renn” Eduard Mendini 2019-cu ildə 4 milyon avro qarşılığında “Reyms”dən alıb.

CANLI YAYIM