Meyvezer ilin sonunda yenidən rinqə çıxmağa hazırlaşır

22 Sentyabr, 11:03 Sosial mediada paylaşın:
Adını boks tarixinə qızıl hərflərlə yazdıran Floyd Meyvezer yenidən karyerasını bərpa edə bilər. İndiyə qədər keçirdiyi döyüşlərin heç birində məğlub olmayan amerikalı əlcək ustası karyerasını bərpa edib ilin sonunda növbəti döyüşünü keçirməyə hazırlaşır.
“Youtube” bloqqeri Kimstarın verdiyi məlumata görə, 43 yaşlı boksçu Loqan Polla qarşılaşmaq istəyir. Maraqlıdır ki, Pol da “Youtube”da məşhurlaşan ulduzlardan biridir.
Qeyd edək ki, Meyvezer karyerasında keçirdiyi 50 görüşün hamısında qalib gəlib. Sonuncu dəfə 2017-ci ilin avqustun 26-da  qaydasız döyüşçü Konor Makqreqorla üz-üzə gələn Floyd bu görüşdə qələbə qazandıqdan sonra böyük idmandan gedəcəyini açıqlayıb. Əslində, Meyvezer həmin döyüşə qədər də karyerasını bitirdiyini elan etmişdi. Görünür, müntəzəm olaraq kazino oyunları ilə başını qatan amerikalı boksçu yenidən müflisləşdiyindən böyük qonorar müqabilində növbəti dəfə rinqə çıxmaq istəyir. Maraqlıdır ki, Meyvezer 2018-ci ildə yaponiyalı kikboksçu Tenşina Nakusava ilə şou xarakterli döyüş də keçirmişdi.

CANLI YAYIM