"Masters" turnirində finalçılar müəyyənləşib

21 Sentyabr, 11:46 Sosial mediada paylaşın:
Romada tennis üzrə Masters turnirində yarım final oyunlarlı başa çatıb. Serbiyalı Novak Cokoviç norveçli Kasper Ruddla qarşılaşıb. Görüşün aşkar favoriti sayılan Cokoviç ilk setdə rəqibinin ciddi müqavimətilə üzləşib. Buna baxmayaraq o, hissəni xeyrinə yekunlaşdırmağı bacarıb 7-5.  İkinci setdə isə tamamilə təşəbbüsə yiyələnən Novak Cokoviç bu dəfə 6-3 hesabı ilə qalib gəlib. Onun finaldakı rəqibi argentinalı Diyeqo Şvarçman olacaq.Xatırladaq ki, Şvarçman yarımfinalda kanadalı Denis Şapavalovu mübarizədən kənarlaşdırıb.  
Qadınların mübarizəsində həlledici görüşünün  bütün iştirakçıları müəyyənləşib.Rumuniyalı Simona Halep ispaniyalı Qarbine Muqurusanı məğlub edib. Əvvəlcə Halep, daha sonra isə rəqibi üstün olub. 3-cü hissədə isə  yenidən Simona Halep 6-4 hesabı ilə qalib gələrək finala çıxıb. O, fəxri mükafat uğrunda çexiyalı Karolina Plişkova ilə üz-üzə gəlib. Plişkova yarımfinalda həmyerlisi Marketa Vondrouşovanı məğlub edib. 6-2 və 6- 4.  

CANLI YAYIM