“Tur de France”:Tadey Poqaçar ilk dəfə fəxri mükafata sahib oldu

21 Sentyabr, 11:34 Sosial mediada paylaşın:
“Tur de France”  velomarafonunun 21-ci mərhələsində  iştirakçılar Mant La Joli – Paris marşurutu üzrə 122 km  məsafə qət ediblər. Yarışın sonuncu mərhələsində “Quick Step” komandasının irlandiyalı üzvü Sem Bennet finiş xəttini birinci keçib.  O, məsafəni 2 saat 53 dəqiqə 32 saniyəyə tamamlayıb. Bu nəticə onun ümumi sıralamada mövqeyinə ciddi təsir etməyib. Sözsüz ki, əsas diqqətlər turnirin liderləri sloveniyalı idmançılar – Birləşmiş Ərəb Əmirlikləri komandasının üzvü  Tadey və “Jumbo Visma” komandasının üzvü Primoj Roqliçə  yönəlmişdi. Mübarizəni 41-ci pillədə başa vuran Tadey Poqaçar  87 saat 20 dəqiqə 5 saniyə nəticə ilə “Tur de France” velomarafonunun qalibi olub. O, əsas rəqibi, ən yaxın izləyicisi  Primoj Roqliçi 59 saniyə qabaqlayıb.
 
Qeyd edək ki, bu 21 yaşlı slovaniyalı velosipedçinin karyerası ərzində ən böyük uğuru olub.Buna kimi Poqaçar ötən il Kaliforniya və Alqarvi turnirlərində fəxri mükafata yiyələnib.

CANLI YAYIM