Azərbaycanlı hakim Avroliqaya təyinat aldı

21 Sentyabr, 11:11 Sosial mediada paylaşın:
Azərbaycanlı FİFA referisi Əlyar Ağayev yeni mövsüm üçün UEFA-dan ilk təyinatını alıb. 33 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Styaua” (Rumınya) –“Slovan”  matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orxan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq. İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. 
Qeyd edək ki, 24 sentyabrda Rumınyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

CANLI YAYIM