Region Liqası ilə bağlı onlayn iclaslar keçiriləcək

19 Sentyabr, 09:00 Sosial mediada paylaşın:
Oktyabrın 24-dən etibarən Region Liqasına start verilməsi nəzərdə tutulub.
Bu məqsədlə sentyabrın 22-də Region Liqasının İşçi Qrupunun üzvləri aşağıda qeyd olunan zonalar üzrə Region Liqasında iştirak etmək istəyən komandaların nümayəndələri ilə zoom platforması üzərindən onlayn iclaslar keçirəcək. İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq və fikir mübadiləsi aparılacaq. Regionlar üzrə görüşlərin vaxtlarını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal regionu Saat: 14:00
Mərkəz regionu Saat: 15:00
Cənub regionu Saat: 16:00
Şimal-Qərb və Qərb regionu Saat: 17:00

CANLI YAYIM