"Tur de Frans" yarışında 18-ci mərhələ başa çatıb

18 Sentyabr, 11:41 Sosial mediada paylaşın:
Çoxgünlük “Tur de Frans” velomarafonu sona yaxınlaşır. Yarışın 18-ci mərhələsi arxada qalıb. Ümumi sıralamanın lideri dəyişməyib.
“Tour de France” veloyürüşünün 18-ci mərhələsində iştirakçılar 175 km məsafə qət ediblər. Polşalı velosipedçi Mixal Kvyatkovski finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 47 dəqiqə 33 saniyə nəticə göstərib. Ekvadorlu Riçard Karapas 2-ci olub. İlk üçlüyü isə belçikalı Vout van Art tamamlayıb. Ümumi yarış cədvəlinə Primoj Roqliç başçılıq edir. O, 79 saat 45 dəqiqə 30 saniyə nəticə ilə birincidir. Tadey Poqaçar liderdən 57 saniyə geri qalır. Kolumbiyalı Anhel Lopez Migel isə 3-cüdür. 21 mərhələdən ibarət “Tur de Frans” veloyürüşünə sentyabrın 20-də yekun vurulacaq.

CANLI YAYIM