Romada tennis turniri davam edir

18 Sentyabr, 11:37 Sosial mediada paylaşın:
İtaliyanın paytaxtı Romada beynəlxalq tennis turniri davam edir. Artıq ikinci mərhələ yekunlaşıb. 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.
Romada beynəlxalq tennis turnirinin ikinci mərhələsi yekunlaşıb. 1/16 finalda maraqla gözlənilən görüşlərdən biri italiyalı Fabio Fonini fransalı Uqo Umber arasında olub. Duelə daha yaxşı başlayan fransalı raketka ustası ilk setdə 7:5 hesabı ilə qalib gəlib. Təşəbbüsü əldən verməyən Umber ikinci hissədə də qələbə qazanaraq 1/8 finala yüksəlib.
Qadınların mübarizəsində ispaniyalı Qarbinye Muqurusa ilə Amerika Birləşmiş Ştatları tennisçisi Kori Qauffun dueli diqqət çəkib. Görüş 1 saat 39 dəqiqə davam edib. İlk setdə 7:6 hesabı ilə qalib gələn ispaniyalı tennisçi növbəti hissədə məğlub olub: 3:6. Sonuncu setdə yenidən təşəbbüsü ələ alan Muqurusa mərhələ adlayıb.

CANLI YAYIM