"Tottenhem" və "Milan" növbəti mərhələdə

18 Sentyabr, 11:33 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında 2-ci təsnifat mərhləsinə yekun vurulub. Maraqla gözlənilən görüşlərdən biri Bolqarıstanda keçirilib. “Lokomotiv” “Tottenhem”lə qarşılaşıb. “Milan” isə İrlandiyanın “Şemrok Rovers” komandasının qonağı olub.
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan “Tottenhem” Bolqarıstan səfərinə yollanıb. Plovdivin “Lokomotiv” komandası ilə qarşılaşan İngiltərə təmsilçisi ilk hissədə hesabı aça bilməyib. İkinci yarıda meydan sahibləri fərqləniblər. 71-ci dəqiqədə Georgi Minçev fərqlənib. Çox keçmədən Plovdiv futbolçularından ikisi meydandan kənarlaşdırılıb. 9 nəfərlə qalan “Lokomotiv” üstünlüyü əldən verib. 80-ci dəqiqədə Harri Keyn penaltini dəqiq yerinə yetirib. 5 dəqiqə sonra Tanqi Ndmobele qələbə qolunun müəllifi olub. 2:1 hesabı ilə qalib gələn “Tottenhem” 3-cü təsnifat mərhələsinə yüksəlib.
“Milan” isə İrlandiya “Şemrok Rovers”in qonağı olub. 23-cü dəqiqədə hesab açılıb. İtaliya təmsilçisinin ulduz futbolçusu Zlatan İbrahimoviç fərqlənib. 67-ci dəqiqədə hesab dəyişib. Bu dəfə Hakan Çalhanoğlu hədəfdən yayınmayıb. 2 cavabsız qolla qalib gələn “Milan” mərhələ adlayıb.

CANLI YAYIM