"Marsel" öz meydanında xalsız qaldı

18 Sentyabr, 11:20 Sosial mediada paylaşın:
Fransa çempionatında ilk turdan təxirə salınan görüş keçirilib. “Marsel” öz meydanında “Sent-Etyen”lə qarşılaşıb. Maraqlıdır ki, əksəriyyət meydan sahiblərinin qələbəsinə inanırdı. Amma “Sent-Etyen” bu fikirdə olanları yanıldıb.
Fransa çempionatında ilk turdan təxirə salınan görüşdə “Marsel” “Sent-Etyen”i qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsində hesab açılıb. Qonaqlardan Romen Amuma erkən qolla “Sent-Etyen” azarkeşlərini sevindirib. Hücumlarını gücləndirən meydan sahibləri çox çalışsalar da, fasiləyədək heç nə ilə yadda qala bilməyiblər. Qalan vaxtda qonaqlar rəqiblərini yenidən mərkəzə dəvət ediblər. Denis Buanqa hədəfi dəqiq nişan alıb. 2-0. Ardıcıl 3-cü qələbəsi qazanan “Sent-Etyen” liderdir. “Marsel” isə 6 xalla 8-cidir.

CANLI YAYIM