Suares "Yuventus"a keçməyə yaxındır

18 Sentyabr, 11:05 Sosial mediada paylaşın:
"Barselona"nın hücumçusu Luis Suares "Yuventus"a keçməyə yaxındır.
33 yaşlı hücumçu İtaliyaya yollanıb. Uruqvaylı forvardın İtaliya pasportu almaq üçün imtahan verdiyi bildirilib. Onun növbəti mövsüm Turin klubunda çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlamasında Suaresin komandada qalıb-qalmayacağını bilmədiyini deyib.

CANLI YAYIM