"Sabah" Ozan Can Kökçü ilə müqaviləni yeniləyib

18 Sentyabr, 10:31 Sosial mediada paylaşın:
“Sabah” Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb. 
Klubun saytı xəbər verir ki, yeni anlaşmaya əsasən gənc yarımmüdafiəçi 2023-cü ilə kimi Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Ozan Can ötən ilin yayından “Sabah”ın üzvüdür. U-21 millimizin də şərəfini qoruyan yarımmüdafiəçi, komandada 19 oyun keçirib, 1 qol vurub. Qeyd edək ki, Kökcünün klubla əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.

CANLI YAYIM