"Everton" 1/16 finala yüksəlib

17 Sentyabr, 11:54 Sosial mediada paylaşın:
İngiltərə Liqa kuboku uğrunda 1/32 final mərhələsinin görüşləri keçirilir. Premyer Liqa təmsilçilərindən “Everton” qələbə qazansa da, “Lids”  və  “Sauthempton”  mərhələ adlaya bilməyib.  Oyunlardan ən maraqlı fraqmentləri təqdim edirik.
Premyer Liqada müarizə aparan  “Everton” aşağı liqa təmsilçisi “Safford”la qarşılaşıb.  Görüşün favoriti sayılan meydan sahibləri rəqiblərini məğlub etməkdə çətinlik çəkməyiblər. 8-ci dəqiqədə Maykl Kin “Everton”u hesabda irəli çıxarıb. Fasilədən sonra Liverpul təmsilçisi daha iki dəfə rəqib qapısına yol tapıb. Əvvəlvə 74-cü dəqiqədə Qilfi Siqurdson fərqi artırıb. Görüşün sonlarına yaxın dubl edən Maykl Kin isə matçda son nöqtəni qoyub. 3-0  hesabı ilə qalib gələn “Everton” turnirin 1/16 finalına yüksəlib.
Bu mövsüm elitaya vəsiqə qazanan “Lids” isə Liqa kuboku uğrunda mübarizəni dayandırıb. Komanda “Hall Siti”yə məğlub olub. Görüşdə hesabı  5-ci dəqiqədə qonaqlar açıblar. Mallik Uilks fərqlənib.  “Lids” futbolçularının bərabıərlik cəhdləri ikinci hissəyə əlavə olunan 3-cü dəqiqədə nəticəsini verib. Ezcan Alioski komandasını ümidləndirib. 1-1.  Qalibi müəyyənləşdirmək üçün təyin olunan  penalti zərbələrində isə  “Hall Siti” futbolçuları dəqiq oynayıblar. 
Premyer Liqanın digər iştirakçısı “Sauthempton” da  mərhələ adlaya bilməyib.  Onlar  “Brentford”la görüşdə iki cavabsız qolla məğlub olublar. İlk hissənin sonlarında Kristian Nyorqor və Coşua da Silvanın vurduğu qollar   “Brentford”a qələbə qazandırıb.
 

CANLI YAYIM