ÇL-də 3-cü təsnifat mərhələsinə yekun vuruldu

17 Sentyabr, 11:43 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında keçirilən digər oyunlara gəlincə, 3-cü təsnifat mərhələsinə daha 4 oyunla yekun vurulub. Kipri təmsil edən “Omoniya” gərgin mübarizənin yekununda pley-ofa çıxıb. Bundan başqa “Ferentsvaroş”, “Makkavi Tel Əviv” və “Mityulland” komandaları növbəti mərhələyə adlayıblar.
Kiprin “Omoniya” klubu öz meydanında Serbiyanın “Srvena Zvezda” ilə görüşüb. 31-ci dəqiqədə meydan sahiblərindən Mixael Lyuftner hesabı açıb. Amma fasiləyə kimi Mirko İvaniç tarazlığı bərpa edib. 2-ci hissədə komandaların səyinə baxmayaraq hesab dəyişməyib. Beləliklə  qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Əlavə hissələrdə də qol olmayıb. Penalti seriyasında isə Kipr futbolçuları daha dəqiq oynayaraq UEFA Çempionlar Liqasının pley-ofunda “Olimpiakos”la görüşmək hüququ qazanıb.
“Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde”nin rəqibinin adına isə “Ferentsvaroş” – “Dinamo” Zaqreb matçında aydınlıq gəlməli idi. Macarıstan təmsilçisi Qerqyo Lovrençiçin vurduğu qol sayəsində artıq 2-ci dəqiqədə önə keçib. Mürto Uzuninin avtoqolundan sonra hesab bərabərləşib. Albaniyalı 25 yaşlı futbolçu 2-ci hissədə səhvini düzəldib. 65-ci dəqiqədə məhz Uzuni fərqlənərək “Ferentsvaroş”u növbəti mərhələyə çıxarıb.
 “Makkabi Tel Əviv” komandası Belarusun “Dinamo Brest” klubunu mübarizədən kənarlaşdırıb. 50-ci dəqiqədə Dan Biton penaltini dəqiq yerinə yetirərək İsrail klubunun pley-ofa çıxmasına şərait yaradıb. “Makkabi Tel Əviv” bu mərhələdə Avstriyanın “Zaltsburq” komandası ilə görüşəcək.
Danimarka “Mityulland”ı öz meydanında İsveçrənin “Yanq Boyz” kollektivi ilə oyunda asan qələbə qazanıb. Bütün qollar 2-ci hissəyə təsadüf edib. Jordan Lefortun avtoqolu meydan sahiblərinə üstünlük qazandırıb. 62-ci dəqiqədə Andres Dreyer fərqi artırıb. Vaxtın tamamına 6 dəqiqə qalmış Aver Mabil mübarizəyə nöqtə qoyub. 3:0 hesabilə qələbə qazanan “Mityulland” “Slaviya Praqa” ilə görüşəcək.  

CANLI YAYIM