MBA-da draft noyabrın 18-də keçiriləcək

17 Sentyabr, 11:23 Sosial mediada paylaşın:
MBA-da pley-off həyəcanı davam etdiyi məqamda liqa rəhbərliyi artıq növbəti mövsümün planlarını cızır. Üstəlik yola salmaqda olduğumuz mövsümün də yekunları ilə bağlı rəmzi heyətlər müəyyənləşir.
MBA-da növbəti mövsümün draft mərasimi noyabrın 18-də keçirilir. Halbuki, bir müddət öncə ABŞ mətbuatı bu mərasimin oktyabrın 15-də yəni, final seriyasının 7-ci oyunundan 3 gün sonra keçiriləcəyini yazmışdı. Amma bu yaxınlarda MBA rəhbərliyi ilə Oyunçuların Həmkarlar İttifaqı ortaq məxrəcə gələrək draftı noyabra keçirməyi qərara alıb. Bu da səbəbsiz deyil. Koronavirus pandemiyasının zərərlərini minimuma endirmək üçün klublar liqa rəhbərliyindən bir qədər də vaxt istəyib. Bu müddətdə klublar draft olunmaq üçün ərizə verən gənc basketbolçuları yaxından araşdıracaq.
Gənc basketbolçulardan söz düşmüşkən, liqa münətəzəm çempionatın nəticələrinə əsasən mövsümün debütant oyunçularının rəmzi heyətini tərtib edib. Mövsümün ən dəyərli gənc oyunçusu adını alan “Memfis”in oyun quruçusu Ca Morantla yanaşı, siyahıda onun komanda yolaşı Brendon Klark, “Mayami”dən Kendrik Nann, “Nyu Orlean”dan Zayon Uilyams və “Qolden Steyt”dən Erik Paskall da yer alıb. İkinci rəmzi “5-liy”də isə “Mayami”də Tayler Hirro, “Toronto”dan Terrens Devis, “Çikaqo”dan Kobi Uayt, “Şarlott”dan Pi Cey Vaşinqton və “Vaşinqton”dan Ryu Xaçimura qərarlaşıb.

CANLI YAYIM