Draksler PSJ-yə qələbə qazandırdı

17 Sentyabr, 11:12 Sosial mediada paylaşın:
Fransa çempionatına uğursuz start verən “Pari Sen Jermen” nəhayət ki, qələbə qazanıb.
Paytaxt təmsilçisi 3-cü turda doğma meydanda “Mets”dən üstün olub. Amma bu uğur meydan sahiblərinə elə də asan başa gəlməyib. Tomas Tüxelin komandası ilk hissədə güclü hücumlar etsə də, hesabı aça bilməyib. Fasilədən sonra isə Paris klubu azlıqda qalıb. 65-ci dəqiqədə Abdu Diallo qırmızı vərəqəylə cəzalanıb. Buna baxmayaraq “Mets” futbolçuları say üstünlüyündən yararlana bilməyiblər. Mübarizəni 10 nəfərlə davam etdirən “Pari Sen-Jermen” sona yaxın rəqibin qapısına yol tapıb. 2-ci hissəyə artırılan 3-cü dəqiqədə Yulian Draksler meydan sahiblərinə yeni mövsümdə ilk qələbəni qazandırıb.

CANLI YAYIM