"Qarabağ" Çempionlar Liqasından kənarda qaldı

17 Sentyabr, 11:05 Sosial mediada paylaşın:
“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində “Molde” ilə görüşüb. Azərbaycan çempionu məlum səbəbdən Kiprdə keçirilən matçda pis çıxış etməsə də, istədiyi nəticəni qazana bilməyib. Nə 90 dəqiqə, nə də əlavə vaxtda hesab açılıb. Qalibin adına penalti seriyasında aydınlıq gəlib.
Qarabağ UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde" isə görüşüb. Məlum səbəblərə görə Kiprdə keçirilən matçın ilk dəqiqələrindən komandamız təşəbbüsə yiyələnib. 42-ci dəqiqədə Abdulla Zubir yaxın məsafədən fərqlənməyə yaxın olsa da, hesabı açmaq mümkün olmayıb. Ağdam klubu fasilədən sonra da pis təsir bağışlamayıb. 76-cı dəqiqədə Mahir Emreli əlverişli mövqedən qapını dəqiq nişan ala bilməyib. Ümumiyyətlə 90 dəqiqədə qalib müəyyənləşməyib. Reqlamentə əsasən əlavə vaxt təyin edilib. 95-cu dəqiqədə Mahir Emreli növbəti dəfə diqqət mərkəzinə düşüb. 23 yaşlı hücumçu qapıçıyla dueldə yenə qalib gələ bilməyib. 101-ci dəqiqədə futbolçularımız uğursuzluğa düçar olublar. Donald Geryenin cərimə meydançasında ehtiyatsız oyununa görə "Qarabağ"ın qapısına penaltı təyin edilib. Amma Ettaz Hüsseynin 11 metrlik zərbəsindən sonra Şahruddin Məhəmmədəliyev qola imkan verməyərək "köhlən atlar"ın qələbə ümidini qoruyub. Əlavə vaxtın qalan dəqiqələrində komandalar çox çalışsalar da hesab açılmayıb. Beləliklə, pley-ofa çıxan klubu müəyyənləşdirmək üçün  penalti seriyasına ehtiyac duyulub. Bədavi Hüseynovun 6-cı zərbə zamanı topu qapıdan keçirə bilməməsi "Molde"ni növbəti mərhələyə çıxarıb. Norveç təmsilçisi pley-ofda Macarıstanın "Ferentsvaros" klubu ilə görüşəcək. Qarabağ isə mübarizəni UEFA Avropa liqasının pley-ofunda davam etdirəcək.  

CANLI YAYIM