Millimizin hücumçusu əməliyyat olunub

17 Sentyabr, 10:46 Sosial mediada paylaşın:
İsveçrənin "Qrasshopper" klubunda çıxış edən millimizin futbolçusu Renat Dadaşov sağ ayağından əməliyyat olunub. Azərbaycan millisinin üzvünün əməliyyatı Avstriyada gerçəkləşib:"Əməliyyat yaxşı keçdi. Həyatda eniş-yoxuşlar var, bu da bunun bir hissəsidir. Hər günü məni dəstəkləyən ailəm, dostlarım, "Vulverhempton" və "Qrasshopper" klubunun həkimlərinə təşəkkür edirəm. Əvvəlkindən daha güclü qayıtmaq üçün çalışacağam. Tezliklə görüşərik", - gənc futbolçu bildirib. 21 yaşlı hücumçunun bir neçə ay oynamayacağı gözlənilir.
Qeyd edək ki, "Vulverhempton" Dadaşovu yayda İsveçrə təmsilçisi "Qrasshopper"ə icarəyə verib.

CANLI YAYIM