“Qəbələ”nin hücumçusu başqa komandaya keçir

17 Sentyabr, 10:40 Sosial mediada paylaşın:
"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi yaxın günlərdə komandaya qoşulacaq. Bu barədə klubdan məlumat verlib.Nigeriyalı hücumçu Azərbaycana qayıtsa da, komandada qalmayacaq: "Adeniyiyə ölkə xaricindən bir neçə təklif var. Hazırda onları dəyərləndiririk. Yüksək ödənişli oyunçu olduğundan, böyük ehtimalla, "Qəbələ"dən ayrılacaq".
Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi həmin mövsüm 31 oyuna 12 qol vurmuşdu. Afrikalı forvard 2019/2020 mövsümünü icarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda keçirib.

CANLI YAYIM